Erməni bacısını doğrayıb torbaya yığdı
Dərc olunub:
2-08-2020, 09:44
Ermənistanın Tavuş vilayətində əlində şübhəli torba olan kişi saxlanılıb.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, polislər kişinin əlindəki qanlı torbaya baxan zaman oradan qadın başı tapıblar.
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs 58 yaşlı Vaqram adlı Tavuş sakinidir. Onun torbasındakı insan başı isə 68 yaşlı bacısına aid olub.
O, naməlum səbəblərdən bacısını öldürüb və parçalara ayırıb.
58 yaşlı caninin bacısının başı olan torbanı hara apardığı da məlum deyil.