Erməni ordusunun hərbi hissə komandiri öldü
Dərc olunub:
2-08-2020, 09:41
Ötən gün Ermənistanın Qeqarkünik vilayətində avtoqəza baş verib.
Avrasiya.net Ordu.az-a istinadən xəbər verir ki, saat 14:00 radələrində Sevan-Sovaqyuğ-Şorja avtomobil yolunun 47-ci km-liyində hələlik naməlum şəraitdə BMV markalı avtomobil aşıb.
Qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə "Sambarak" tibb mərkəzinə yerləşdirilib.
Məlumata görə, ölmüş şəxs Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində komandir kimi xidmət edən 38 yaşlı A.Q-dır və o, sərnişin olub, sürücü isə 46 yaşlı K.K-dır.