Sizin Reklam Burada

Erməni polisin oğlu azərbaycanlıları təhqir etdi

Erməni polisin oğlu azərbaycanlıları təhqir etdiGürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində yerli azərbaycanlı və ermənilər arasında qarşıdurma olub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisəyə kəndin polis idarəsində işləyən erməni əsilli əməkdaşın oğlunun etdiyi hərəkət səbəb olub.

“Sadaxlı Dirçəliş İttifaqı”nın sədri Sabir Mehdiyev bildirib ki, Şaumyan kəndindən olan həmin şəxs Ermənistan dövlət nömrə nişanlı avtomobili ilə kəndin mərkəzində təhlükəli vəziyyət yaradıb:

“O, yolda azərbaycanlı gənclərin olduğu avtomobilin qarşısını kəsib və nalayiq hərəkətlərə yol verib. Gəncin əməllərindən hiddətlənən kənd sakinləri onu saxlayıb və tərəflər arasında mübahisə, daha sonra isə fiziki qarşıdurma yaranıb. Erməni gənc azərbaycanlıların ünvanına təhqir, söyüş işlədib və hədə-qorxu gəlib”.

Təşkilat rəhbəri deyib ki, kənd sakinləri gəncin atasının polis sıralarından istefa verməsi tələbi ilə aksiya keçiriblər:

“Hazırda kənddə vəziyyət sakitdir və insidentlə bağlı araşdırmaya başlanılıb”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər