Sizin Reklam Burada

Azərbaycanlı milyarderlərlər Ermənistan məhsulları üçün bazarları bağladılar - Video

Azərbaycanlı milyarderlərlər Ermənistan məhsulları üçün bazarları bağladılar - VideoMoskvanın böyük bazarlarında, o cümlədən “Food City”də, Ermənistandan gətirilən kənd təsərrüfatı məhsullarına boykot elan olunub. Qeyd edək ki, bu bazarlar Azərbaycandan olan milyarderlər İlham Rəhimov və God Nisanova məxsusdur.

Virtualaz.org bildirir ki, azərbaycanlı sahibkarlar Ermənistanla əlaqəli tərəvəz və meyvələrlə bağlı hər hansı bir əməliyyata qeyri-rəsmi qadağa tətbiq ediblər. Erməni mallarının boykot edilməsini Özbəkistan, Tacikistan və digər ölkələrdən olan bazar iştirakçıları da dəstəkləyiblər.

Nəticədə, Azərbaycanın işğal olunmuş ərazilərində yetişdirilən tonllarla ərik və albalı iri yük maşınlarında çürüməkdə davam edir.
Rusiyada erməni mallarının boykot edilməsi ilə əlaqədar həyəcan Ermənistanda da səslənib. Yerevanda nəşr olunan "Qraparak" qəzeti yazır ki, dünən Moskvada erməni kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan ermənilər nəşrin redaksiyasına müraciət edərək, azərbaycanlıların nəzarətində olan Moskva bazarlarında erməni kənd təsərrüfatı məhsullarını qəbul etməkdən imtina etdiklərini bildiriblər. İndiki halda söhbət pomidor satışından gedir.

“Dünən isə sosial şəbəkədə bir azərbaycanlının erməni əriyini tapdaladığına dair video yayılıb. Səfirliyimiz, dövlət qurumlarımızın rəsmi nümayəndələri bu faktlarla ciddi məşğul olmalı və vəziyyətin gərginləşməsinin qarşısını almalıdırlar",-deyə erməni nəşri yazıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər