Sizin Reklam Burada

Türkiyədən Ermənistana daha bir SƏRT XƏBƏRDARLIQ: ağlınızı başınıza yığın!

Türkiyədən Ermənistana daha bir SƏRT XƏBƏRDARLIQ: ağlınızı başınıza yığın!“Ermənistan hakimiyyəti ağlını başına toplamalı və Cənubi Qafqazda problemlərin deyil, həlli yollarının bir parçası olmağı tez zamanda öyrənməlidir”.

Avrasiya.net xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Ötən gün Ermənistanın Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamaya cavab olaraq yayımlanan bəyanatda Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini ört-basdır etmək üçün Türkiyə əleyhinə riyakar qaralama kampaniyası aparmağa cəhd göstərdiyi bildirilib: “Azərbaycan torpaqlarında illərdir qanunsuz işğal aparan Ermənistanın bu ikiüzlü davranışı Cənubi Qafqazda daimi sülh və sabitliyin təmin olunmasının qarşısındakı əsl səbəbin kim olduğunu açıq-aydın şəkildə ortaya qoymaqdadır”.

Bəyanatda məzmununa aidiyyəti olmayan ittihamlar və böhtanlar ilə xarici siyasət yürütməyin nə bölgəyə, nə də Ermənistana fayda verdiyi vurğulanıb: “Bu mövqe şəxsiyyətini təktərəfli tarix anlayışından sadəcə düşmənçilik çıxararaq yaradan və beynəlxalq hüquqa zidd təcavüzünü qanuniləşdirməyə çalışan bir zehniyyətin təzahürüdür. Təcavüzkar millətçiliyi alovlandıran bu şikəst münasibət kədərlidir, lakin təəccüblü deyil”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər