16 iyl 10:43region

Ermənistanın daha 10 əsgəri SIRADAN ÇIXDI - RƏSMİ

Ermənistanın daha 10 əsgəri SIRADAN ÇIXDI - RƏSMİErmənistan silahlı qüvvələrinin sərhədin Tovuz istiqamətində təxribatçı hücumuna Azərbaycan Silahlı Qüvvələri tərəfindən endirilən cavab zərbələri nəticəsində düşmənin daha 10 əsgəri sıradan çıxıb.

Publika.az “Newsarmenia.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla da Tovuz istiqamətindəki insident nəticəsində yaralı erməni əsgərlərin sayı 20-yə çatıb.

Qeyd edək ki, daha öncə Ermənistan Müdafiə Nazirliyi indiyədək 4 hərbçisini itirdiyini, 10 nəfərin isə yaralandığını açıqlamışdı. Ermənistan ordusu real itki sayını gizlətməkdə davam edir.
XƏBƏR LENTİ
12-08-2020, 15:53

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.