Ermənistanda bir sutkada koronadan 8 nəfər öldü
Dərc olunub:
14-07-2020, 12:03
Ermənistanda son sutka ərzində koronavirusa 339 nəfər yoluxub.
Avrasiya.net xəbər verir ki, bu məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 32490-a çatıb.
Son sutka ərzində koronavirusdan ölənlərin sayı daha 8 nəfər artaraq, 581-ə yüksəlib.