İran parlamentinin deputatı koronadan öldü
Dərc olunub:
13-07-2020, 18:49
İran parlamentinin deputatı İsa Cəfəri koronavirusdan ölüb.
Avrasiya.net xəbər verir ki, bu məlumatı İran parlamentinin mətbuat xidməti yayıb.
Qeyd edək ki, Cəfəri büdcə və planlaşdırma komitəsinin üzvü olub. O, bundan öncə 2008-2012-ci illər ərzində deputat kimi çalışıb.