13 iyl 14:34region

KTMT təcili toplandı: İrəvana kömək mümkündür? – Tixanski

KTMT təcili toplandı: İrəvana kömək mümkündür? – TixanskiTovuzda baş verənlər açıq-aydın Ermənistanın daxilində baş verən prosseslərin məntiqi sonluğudur. Nikol Paşinyan hazırki durumda, ölkə daxilində baş verən hadisələrdən fikri yayındırmaq üçün ən alçaq yalanlara və təxribatlara əl atmağa hazırdır.

Bu barədə Axar.az-a açıqlamasında rusiyalı professor, hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik Aleksandr Tixanski deyib. Onun sözlərinə əsasən, bu dəqiqələrdə KTMT təcili iclas keçirir:

“Amma məndə olan dəqiq məlumatlara əsasən, KTMT-dakılar artıq Ermənistanın məkrli planından xəbərdardır. Ermənistan hakimiyyəti KTMT-ni uşaq bağçası zənn edib yalan dolu məlumatlar yayır", - deyə ekspert qeyd edib.

Həmsöhbətimizin sözlərinə əsasən, KTMT heç bir ciddi addım atmayacaq:

“Bir-iki adi bəyanatla KTMT iclası başa vuracaq. Ona görə ki, Ermənstan müdafiə nazirinin “faktları” gülüncdür. Necə olur, Bakı Qarabağ istiqamətində yox, Ermənistan ərazisinə hücum edir? Bakının əsas amalı işğal olunmuş Qarabağı qaytarmaqdır. Ermənistana hücum isə tam olaraq ermənilərə sərf edən ssenaridir. Özü də Azərbaycan ən güclü ordulardan birinə malik dövlət ola-ola, guya köhnə UAZ ilə hücuma keçib... KTMT baş katibi Stanislav Zas uşaq deyil bu erməni hiyləsinə aldansın. Özü də orada Qazaxıstan var, hansı ki, Azərbaycanın qardaşı kimi KTMT-də çıxış edir", - deyə Tixanski qeyd edib.
XƏBƏR LENTİ
12-08-2020, 15:53

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.