Sizin Reklam Burada

Ermənistanın hərbi və siyasi rəhbərliyinin pafoslu çıxışları – İtkilər gizlədilir

Ermənistanın hərbi və siyasi rəhbərliyinin pafoslu çıxışları – İtkilər gizlədilirXəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Nəticədə düşmən çoxsaylı itkilər verərək geri çəkilib.

Daha sonra qısa müddət ərazində bölgədə nisbi sakitlik müşahidə olunsa da, düşmən mövqelərimizi yenidən minaatanlardan atəşə tutmağa başlayıb. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

Düşmən təxribatı nəticəsində Azərbaycan ordusunun 4 hərbi hərbi qulluqçusu şəhid olub, daha 4-ü isə yaralanıb.

Ermənistanın hərbi və siyasi rəhbərliyi itkilərini gizlətməklə yanaşı müxtəlif təxribatçı açıqlamalar verir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan öz “Facebook” səhifəsində yazıb ki, Ermənistan Müdafiə naziri Davit Tonoyan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşiklə daim əlaqədədir.

“Son söhbət zamanı Müdafiə naziri bildirib ki, erməni ordusunun hərbi birləşməsinin şəxsi heyətinə və komandanlığına hələ təmkinliliyi qorumaq, rəqibin Ermənistan sərhədləri istiqamətində təxribatları halında isə hətta yeni əlverişli mövqelərin tutulmasına qədər zərurətə görə cavab vermək tapşırılıb”, - deyə o qeyd edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə dünən bütün gün ərzində susub. Təxminən 8 saat əvvəl o, xüsusilə “Facebook” sosial şəbəkəsində yeganə qeydini edib. Paşinyan kiçik qızının Anna Hakobyanın yayımladığı rəqs videosunu paylaşıb.

“Və bizim adımız erməni ordusudur”, - deyə o qeyd edib.

Paşinyan daha sonra “Facebook” səhifəsində öz qardaşı oğlu, Ermənistan parlamentinin deputatı Sipan Paşinyanın “Facebook” qeydini paylaşıb və yazıb: “Ermənistanı yeni formada quraq və sərhədlərimizi yeni formada gücləndirək".

İşğal altında olan Qarabağdakı qondarma qurumun “təhlükəsizlik şurasının keçmiş katibi” Arşavir Qaramyan da öz “Facebook” səhifəsində şəkil paylaşıb və yazıb:

“Deyirəm silahları döyüş vəziyyətinə gətirək və gözləyək, bir də gördün lazım oldu”.

Qeyd edək ki, hal-hazırda döyüşlər davam edir. Açıqlanmayan itkilər fonunda Ermənistan siyasi və hərbi rəhbərliyinin pafoslu açıqlamalar verməsi, onların öz ordusuna hörmət etmədiyini göstərir. Düşmənin dayaq məntəqəsi məhv edilib və gecə boyunca güclü artilleriya atəşi davam edib. Buna baxmayaraq Ermənistan tərəfi hələ də itkilərini açıqlamır və öz təxribatçı çıxışları ilə Azərbaycanı hədələyir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər