12 iyl 10:13region

Rusiyada koronavirus üçün peyvəndin ilk sınağı başa çatdı

Rusiyada koronavirus üçün peyvəndin ilk sınağı başa çatdı  Rusiyanın Seçenov Universitetində ilk dəfə könüllülər üzərində yeni növ koronavirus (COVİD-19) peyvəndinin sınağı uğurla başa çatıb, insan sağlamlığı üçün təhlükəsiz olduğu müəyyənləşib.

“RİA Novosti” nin verdiyi məlumata görə, bunu Tibbi Translasiya və Biotexnologiya Universitetinin direktoru Vadim Tarasov bildirib.

N. F. Qamalei adına Rusiya Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzinin hazırladığı peyvəndin sınağına iyunun 18-də başlanıb. Könüllülərin ilk qrupu iyulun 15-də, növbəti qrup isə iyulun 20-də evə buraxılacaq. Tədqiqatların bu mərhələsi peyvəndin insan sağlamlığı üçün təhlükəsizliyini sübut etmək olub.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.