İran meydan oxudu: Yeraltı raket şəhərlərimiz var...
Dərc olunub:
5-07-2020, 16:53
İran Fars və Oman körfəzi sahillərində yerin altında raket komplekslərindən ibarət müdafiə sistemləri yaradıb.
Axar.az xəbər verir ki, bunu SEPAH-ın hərbi dəniz qüvvələrinin komandanı Əlirza Tanqsiri deyib.
“Düşmənlərimizə Fars və Oman körfəzi sahillərində ordu və SEPAH-a aid yeraltı raket şəhərlərinin yerləşməsi barədə məlumat var. Amma onlar daha dəqiq informasiyaya malik deyil”, - Tanqsiri bildirib.
Onun sözlərinə görə, 2200 km-lik dəniz sərhədi boyunca 23 min hərbçinin olduğu 428 hərbi dəniz bölmələri yerləşir.