Sizin Reklam Burada

İran razılaşdı, ölənlərin yaxınlarına təzminat ödəniləcək

İran razılaşdı, ölənlərin yaxınlarına təzminat ödəniləcəkİran hakimiyyəti Tehranın yaxınlığında qəzaya uğramış Ukraynaya məxsus “Boeing 737-800” təyyarəsində həlak olanların ailələrinə təzminat verməyə razılıq verib.

SİA “Associated Press”ə istinadla xəbər verir ki, bu barədə İsveçin XİN-nin rəhbəri Ann Linde məlumat verib.

Onun sözlərinə əsasən, saziş artıq imzalanıb və yaxın zamanlarda ödənişlərin edilməsi ilə bağlı ilk görüş keçiriləcək.

Xatırladaq ki, yanvarın 8-də səhər saatlarında Tehran-Kiyev reysini həyata keçirən “Boeing-737” təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 176 nəfərin hamısı həlak olub. Onların arasında 11 ukraynalı – iki sərnişin və doqquz ekipaj üzvü, həmçinin 82 nəfər İran, 63 nəfər Kanada, 10 nəfər İsveç, 4 nəfər Əfqanıstan, 3 nəfər Almaniya və 3 nəfər Böyük Britaniya vətəndaşı var.

İran Silahlı Qüvvələrinin Baş Qərargahı Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib. İran Prezidenti Həsən Ruhani baş verənləri “böyük faciə və bağışlanılmaz səhv” adlandırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər