Ermənistanda koronadan ölənlərin sayı 300-ü keçdi
Dərc olunub:
17-06-2020, 13:01
Ermənistanda son sutka ərzində koronavirusa 544 nəfər yoluxub.
Avrasiya.net xəbər verir ki, bu məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 18033-ə çatıb.
Son sutka ərzində ölənlərin sayı 12 nəfər artaraq 302-yə qalxıb.