Ermənistanda son sutkada 663 nəfər koronavirusa yoluxdu, 5 nəfər öldü
Dərc olunub:
14-06-2020, 13:35
Ermənistanda son sutka ərzində daha 663 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.
“RİA Novosti”nin verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 16 min 667 nəfərə çatıb.
Son sutka ərzində koronavirusa yoluxan 5 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 269 nəfər olub.