Sizin Reklam Burada

Mübariz Mənsimov FETÖ silahlı terror təşkilatının Rusiyadakı məktəblərinə pul köçürüb - Video

Mübariz Mənsimov FETÖ silahlı terror təşkilatının Rusiyadakı məktəblərinə pul köçürüb - Video"Xəzər Lənkəran"nın qurucusu və sahibi Mübariz Mənsimovun işi ilə bağlı sənədlər İstanbul 27-ci Ağır Cəza Məhkəməsinə göndərilib.

Bu barədə “Palmali”nin mətbuatla əlaqələr şöbəsinin rəhbəri Fidan Quliyeva məlumat verib.

"İddianamə aktı hələki məhkəmənin dəyərləndirməsi mərhələsindədir. Buna görə vəkillərlə bölüşülmür. İlk növbədə məhkəmənin iddianaməni nəzərdən keçirəcəyi gözlənilir", - deyə Fidan Quliyeva bildirib.

Türkiyənin “Anadolu” agentliyi isə xəbər yayıb ki, tanınmış azərbaycanlı iş adamına qarşı FETÖ terror təşkilatına üzv olmaqla bağlı rəsmi ittiham irəli sürülüb.

İddiaya görə, İstanbul Baş Prokurorluğu Terrorizm və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən hazırlanan ittiham aktında müttəhim Mübariz Mənsimovun və onun əlaqədə olduğu şəxslərin fəaliyyətləri barədə araşdırma aparıldığı bildirilib.

İttihamda Mübariz Mənsimovun FETÖ/PDY silahlı terror təşkilatının Rusiyadakı məktəblərinə pul köçürdüyünə dair internet vasitəsilə araşdırma aparıldığı qeyd olunub.

Araşdırma nəticəsində “Atlantic İnternational School” adlı məktəbin idarə heyəti üzvlərinin adlarının və fotoşəkillərin olduğu veb-link görüntülərində M.Mənsimovla yanaşı, təşkilat üzvü və rəhbəri, axtarışda olan Akın İpek, Harun Tokak və İhsan Kalkavanın da yer aldığı iddia olunub. İttiham aktında Mənsimovun FETÖ/PDY lideri Fətullah Gülənin qardaşı oğlu Səlman Gülən ilə də əlaqələrinin olduğu ifadə edilib.

Təqsirləndirilən Mübariz Mənsimovun “silahlı terror təşkilatına üzv olmaq” səbəbilə 7 il 6 aydan 15 ilə qədər həbs cəzası istənilib. İddianamə İstanbul 27-ci Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilib. Təqsirləndirilən şəxslərin məhkəməsi yaxın günlərdə baş tutacaq.

“Aktual“TV isə bu informasiyaların əksini iddia edib. İnternet kanalının məlumatına görə, martın 15-də həbs olunan klub sahibinin əleyhinə heç bir fakt tapılmayıb. Həmin video ilə oxucuları tanış edirik. (sportinfo.az)

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər