Moskvada koronavirusdan daha 49 nəfər öldü
Dərc olunub:
12-06-2020, 07:16
Rusiyanın paytaxtı Moskvada son sutka ərzində koronavirusdan daha 49 nəfər ölüb.
Avrasiya.net xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 49 xəstə dünyasını dəyişib".
Ümumilikdə şəhərdə koronavirusdan 3 187 nəfər ölüb.