İran PA-ya bağlı saytdan Qarabağ təxribatı - Foto

İran PA-ya bağlı saytdan Qarabağ təxribatı - Fotoİranın Elm və Texnologiya Məsələləri üzrə vitse-prezidentliyinə bağlı İran Milli Elm Fondunun (İNSF) rəsmi internet səhifəsində Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti dəfə hörmətsizlik edilib.

Axar.az xəbər verir ki, saytın qeydiyyat bölümündə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsi müstəqil ölkələr sırasında təqdim edilib.

Bu durum güney Azərbaycandakı soydaşlarımız tərəfindən etirazla qarşılanıb.

Qeyd edək ki, aprel ayında İranın Səhiyyə Nazirliyinin koronavirusla bağlı yaratdığı “Mask” adlı tətbiqdə işğal edilmiş Dağlıq Qarabağ bölgəsi fars dilində “Qarabağ Respublikası” kimi təqdim edilmişdi. Güney Azərbaycan ictimaiyyətinin etirazları nəticəsində İran rəsmiləri qondarma “Qarabağ Respublikası”nın adını həmin tətbiqdən silmişdi.

Dağlıq Qarabağın heç bir dövlət və beynəlxalq qurum tərəfindən tanınmadığını bir halda bəzi İran rəsmilərinin dəfələrlə “Qarabağ Respublikası” ifadəsini işlətməsi birmənalı qarşılanmır.