İranda bir gündə 2364 nәfәr virusa yoluxdu - 72 ölü

İranda bir gündə 2364 nәfәr virusa yoluxdu - 72 ölüİranda son sutkada 2364 nәfәr koronavirusa yoluxub.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib

K.Cahanpurun sözlərinə görə, İranda bu virusa yoluxanların sayı 171 789 nәfәrә yüksәlib. Onlardan 2 596 nәfәrin vәziyyәti ağırdır, 72 nәfәr koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölәnlәrin sayı 8 291 nәfәrә çatıb.