İranda 7 942 nəfər koronavirusun qurbanı oldu
Dərc olunub:
3-06-2020, 07:28
İranda gün ərzində daha 64 nəfər koronavirusdan həyatını itirib.
Bu barədə “Vörldometers” portalı məlumat yayıb.
Belə ki cənub qonşumuzda COVİD-19 virusundan ölənlərin ümumi sayı 7 942-yə çatıb.
Bir gün ərzində İranda 3117 nəfər koronaya yoluxub. Hazırda İranda 157 562 nəfər koronaviruslu xəstə var.