Sizin Reklam Burada

Vahid Ələkbərov ilin ilk beş ayında beş milyard dollara yaxın pul itirib

Vahid Ələkbərov ilin ilk beş ayında beş milyard dollara yaxın pul itirib2020-ci ilin yanvar-may aylarında dünyanın ən zəngin rusiyalılarının sərvəti 31,48 milyard dollar azalıb.

Bu barədə “Bloomberg Billionaires Index”in göstəricilərinə əsasən məlum olub.

Reytinqə görə, hamıdan çox sərvət itirənlər “Novateka”nın sahiblərindən biri Leonid Mixelson və “Novateka” ilə “Sibur” şirkətlərində pay sahibi olan Gennadi Timçenkodur.

“Nornikel” şirkətinin sahiblərindən biri Vladimir Potanin isə bu dövrdə sərvətini 317 milyon dollar artıra bilib. Beləliklə o, sözügedən reytinqdə 28,4 milyard dollar sərvətə sahib olmaqla ən varlı rusiyalıya çevrilib.

İkinci ən zəngin rusiyalı olan Leonid Mixelson 5,74 milyard dollar itirərək, hazırda 18,8 milyard dollarlıq sərvətin sahibidir.

Milyarder Vladimir Lisinin sərvəti ilin ilk beş ayında 3,11 milyard dollar azalıb və 18,3 milyard dollara bərabər olub.

İlin əvvəlindən indiyə qədər 4,79 milyard dollar itirən Vahid Ələkbərovun sərvəti isə reytinqə əsasən, 17,5 milyard dollar təşkil edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər