Ermənistanda koronadan daha 7 nəfər öldü
Dərc olunub:
30-05-2020, 13:04
Ermənistanda son sutka ərzində koronavirusa 251 nəfər yoluxub.
Avrasiya.net xəbər verir ki, bu məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb.
Məlumata görə, bununla ölkədə koronavirusa yoluxanların ümumi sayı 8927-yə çatıb. Son sutka ərzində 7 nəfərin koronavirusdan öldüyü vurğulanıb. Bununla koronavirusdan ölənlərin ümumi sayı 127-yə yüksəlib.