Sizin Reklam Burada

Çoxuşaqlı ana səhərəcən DÖYÜLDÜ - Haraya gələn olmadı

Çoxuşaqlı ana səhərəcən DÖYÜLDÜ - Haraya gələn olmadıRusiyanın Sankt-Peterburq şəhərində qəddarlığı ilə hər kəsi şoka salan dəhşətli hadisə baş verib. Belə ki, çoxuşaqlı ana Lidiya Kuxa vətəndaş nikahında olduğu əri tərəfindən bütün gecə boyunca döyülüb, 24 saat yardım gözləyib və xəstəxanada ölüb.

Bu barədə REN TV xəbər yayıb.

Məlumata görə, beş uşaq anası olan Lidiyanın 12 il bir yerdə yaşadığı əri ona hücum edib və tava ilə dəfələrlə başına zərbə endirib.

“VKontakte” sosial şəbəkəsində Lidiyanın qardaşı bildirib ki, qonşular səhərə qədər onun qışqırığını eşidiblər.

Qonşudan niyə polis çağırmadığını soruşduqda isə belə şeylərə öyrəşdiyini və onun üçün fərqi olmadığını deyib.

Ertəsi gün zərərçəkən qadının uşaqları qonşuya gedərək yemək istəyiblər və analarının xəstə olduğu üçün onlara yemək verə bilmədiyini deyiblər.

“Qonşu uşaqları yedizdirdikdən sonra, onları evlərinə aparıb və Lidiyanı görüb. Ev tamamilə darmadağın halda olub, linoleum cırılıb, bəzi yerlərdə laminat qopub, bütün əşyalar dağılıb, şkaflar sınıb. Lidiya yerdə başı çarpayının altında uzanmış vəziyyətdə olub”, - deyə qadının qardaşı yazıb.

Lidiya xəstəxanaya ancaq növbəti gün gecə vaxtı aparılıb. Onda çoxsaylı baş-beyin travması müəyyən edilib. Yaralar ölümcül olub. Bir gün sonra qadın dünyasını dəyişib.

Qadının bir yerdə yaşadığı Pavel Sinkiyenko əvvəlcə gizlənsə də, sonradan saxlanılıb. Bununla belə, bir neçə gün sonra girov müqabilində azadlığa buraxılıb.

Lidiyanın qardaşı hüquq-mühafizə orqanlarının hələ də bu məsələ ilə bağlı cinayət işi qaldırmadığını deyərək, obyektiv və tam araşdırma üçün kömək istəyib. / Oxu.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər