Oktyabr-noyabr aylarında koronavirusun ikinci dalğası olacaq - Putin
Dərc olunub:
23-05-2020, 08:33
Oktyabr-noyabr aylarında koronavirusun ikinci dalğası təsir gücünü artıracaq.
Avrasiya.net xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
Dövlət başçısı pandemiya ilə mübarizənin qətiyyətli şəkildə davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb:
“Əldə edilən məlumatlara, həmçinin, ekspertlərin açıqlamalarına görə, vəziyyət stabilləşir. Epidemiyanın ilk qeydə alındığı Moskvada və bir sıra bölgələrdə gündəlik yoluxma sayında azalma müşahidə olunur”.