12 may 18:01region

İrəvanda aksiya: Mərkəzi Bank mühasirəyə alındı, polislə toqquşma...

İrəvanda aksiya: Mərkəzi Bank mühasirəyə alındı, polislə toqquşma...Ermənistanda bir qrup vətəndaş Mərkəzi Bankın önündə aksiya keçirir.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, etirazçılar sosial problemlərdən şikayətlənirlər.

Etirazçılar bildirib: “Hüquq-mühafizə orqanlarına müraciət edirik. Parlamentdə dövlət büdcəsinin icrası haqda yanlış informasiya verilir. Məlumat verilir ki, guya kənd təsərrüfatına 300 milyard dram xərclənib. Amma reallıq başqadır, bu vəsait kommersiya banklarına verildi. Biz istəmirik ki, bu məsələni, yaxud digər məsələləri həll edəsiniz. İstəyirik ki, sistemi effektli edəsiniz, vətəndaş da ölkədən qaçmağa məcbur qalmasın”.

Bundan sonra “Aprel müharibəsi”nin iştirakçısı Manuel Manukyan çıxış etmək istəyib. Bu zaman polislər müdaxilə edib və aksiyanı dağıtmağa başlayıblar. Polislər etirazçıları güclə maşınlara doldurub naməlum istiqamətə aparıblar. Aksiya iştiraçıları polislərin apardığı şəxslərin arxasınca gediblər.

XƏBƏR LENTİ
SORĞU