Sizin Reklam Burada

"Nikol Paşinyanın faşistlərə olan sevgisinin mənbəyi..."

"Nikol Paşinyanın faşistlərə olan sevgisinin mənbəyi...""Nikol Paşinyanın babasının faşistlərə xidmət etməsi ilə bağlı Ermənistan mediasında yayılan məlumatlar, düşünürəm ki, ermənilərin faşistlərlə eyni ideologiyanı paylaşdıqları barədə məlumatlı olan kimsəni təəccübləndirməyib."

Avrasiya.net xəbər verir ki, bu sözləri sosial şəbəkə statusunda politoloq Elçin Mirzəbəyli bildirib:

"Əslində erməni nasizminin tarixi Alman nasizmindən daha qədimdir. XX əsrin əvvəllərində erməni Qriqoryan kilsəsinin, daşnaksyutun kimi millətçi təşkilatların və onların ideoloji təsiri altında olan cinayətkar hərbi qruplaşmaların Azərbaycanda, Türkiyədə, Türkistanda, indiki İran ərazisində həyata keçirdikləri insanlıq əleyhinə cinayətlər erməni nasizminin Alman nasizmindən heç də az təhlükəli olmadığını sübuta yetirir. Faşist Almaniyasının əsir düşərgələrində günahsız insanlara qarşı həyata keçirilən cinayətlərin üslubu ilə ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər arasında xüsusi müqayisə aparmağa da, qənaətimə görə ehtiyac yoxdur. Təkcə Xocalıda gerçəkləşdirilən qətliamlar, günahsız insanların - körpələrin, qadınların, yaşlıların xüsusi amansızlıqla qətlə yetirilməsi erməni nasizminin vəhşi, insanlıqdan uzaq qanlı simasını ortaya qoyur.

Bəlkə də araşdırılsa, Ermənistana ayrı-ayrı dövrlərdə rəhbərlik edən, yaxud bu ölkənin siyasi elitasında təmsil olunan şəxslərin böyük əksəriyyətinin babalarının İkinci Dünya Müharibəsində faşistlərlə əməkdaşlıq etdiyi və ya terrorçu olduğu faktları da üzə çıxar.

Nikol Paşinyanın onunla eyni adın daşıyıcısı olan babası ilə bağlı faktı da erməni mətbuatı aşkara çıxarıb. Faktın təkzib edilməsi məqsədi ilə göstərilən cəhdlər də iflasa uğrayıb.

Əslində İrəvanda faşist ideologiyasının daşıyıcısı və təbliğatçısı, qaniçən cəllad Qaregin Njdeyə abidə ucaldılması və buna qarşı Ermənistanda hər hansı bir etirazın baş verməməsi, bütövlükdə erməni cəmiyyətində faşizmə olan sevginin göstəricisi kimi də dəyərləndirilə bilər.

Prezident İlham Əliyevin Aşqabadda, MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Ermənistanda faşismin qəhrəmanlaşdırılması ilə bağlı açıqladığı təkzibolunmaz faktlar, işğalçı ölkə rəhbərinin bu faktlar qarşısında aciz qalması daha bir həqiqətin aşkara çıxmasına zəmin yaradıb. İndi Ermənistanın siyasi rəhbərlərinin, o cümlədən Nikol Paşinyanın faşistlərə olan sevgisinin mənbəyini axtarmağa da ehtiyac qalmır. Adamlar öz faşist babalarına Qaragen Njdenin timsalında abidə ucaldıblar. Təəccüblənməyə dəyməz."

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər