Daha iki erməni koronavirusdan öldü
Dərc olunub:
8-05-2020, 12:01
Ermənistanda son sutka ərzində koronavirusa 145 nəfər yoluxub.
Avrasiya.net xəbər verir ki, bu məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb.
Ölkədə koronavirusa yoluxanların sayı 3029-a çatıb.
Son sutka ərzində koronavirusdan 2 nəfər ölüb. Bununla ölənlərin ümumi sayı 53-ə yüksəlib.
Azərbaycanın işğal altında saxlanılan Qarabağ bölgəsində isə iki yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Bununla qondarma rejimdəki koronavirusa yoluxanların ümumi sayı 10-a çatıb.