Sizin Reklam Burada

"Ümid edək ki, Paşinyanı əvəz edəcək yeni rəhbərlik..."

"Ümid edək ki, Paşinyanı əvəz edəcək yeni rəhbərlik..."Artıq dəqiq demək olar ki, Nikol Paşinyanın marionet rejiminin süqutuna çox az qalıb: xalqın qəzəbi onu “Soros yuvasının cücələri" ilə birlikdə yıxacaq.

Bu sözləri Axar.az-a rusiyalı politoloq, PolitRUS ekspert-analitik şəbəkəsinin təsisçisi və rəhbəri Vitali Arkov deyib.

“Ümid edək ki, Paşinyanı əvəz edəcək yeni rəhbərlik ölkəni fəlakətdən xilas etməyə, beynəlxalq vəziyyəti sağlam qiymətləndirməyə qadir olacaq və anlayacaq ki, daha öncə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək və Qarabağ probleminin mərhələli şəkildə həllinə başlamaq onun da xeyirinədir. Yəni ilk növbədə işğal altındakı Azərbaycan rayonları tam olaraq Bakının nəzarətinə verilməlidir və yalnız bundan sonra İrəvan Dağlıq Qarabağın gələcəyi barədə mümkün müzakirəyə ümid edə bilər", - deyə həmsöhbətimiz qeyd edib.

O əlavə edib ki, Bakı Ermənistanda uzun illərdir millətə yalan və uydurma təbliğat aparıldığını və beyinlərin yuyulduğunu yaxşı anlayır. Ona görə də bilir ki, Ermənistandakı istənilən hakimiyyət üçün cəmiyyətin fikrini dəyişmək və onu konstruktiv mövqeyə gətirmək asan deyil:

“Buna görə də Bakı İrəvana vaxt da verə bilər. Azərbaycan Türkiyə ilə birlikdə blokada rejiminin yumşaldılması ehtimalını müzakirə etməyə hazırdır - lakin əlbəttə ki, İrəvanın işğal olunmuş rayonları ilə bağlı öz öhdəliklərini yerinə yetirməsindən sonra”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər