Prezident Mixeil Saakaşviliyə vəzifə verdi
Dərc olunub:
8-05-2020, 02:35
Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixeil Saakaşvili İslahat Komitəsinin sədri vəzifəsinə təyin edilib.
Avrasiya.net xəbər verir ki, bununla bağlı Ukrayna Prezidenti Vladimir Zelenski qərar qəbul edib.
Qeyd edilib ki, daha əvvəl Vladimir Zelenski Saakaşvilinin bu vəzifədəki səlahiyyətlərini genişləndirmək niyyətində olduğunu bildirmişdi. Bu o deməkdir ki, Saakaşviliyə hökumət iclaslarında iştirak etmək hüququ veriləcək.