Sizin Reklam Burada

Nikoldan şok: Ermənistan çökür, məni devirin!

Nikoldan şok: Ermənistan çökür, məni devirin!Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin ölkədəki problemləri həll etmək iqtidarında olmadığını və Nazirlər Kabinetinin “keyfiyətsiz bir komanda” olduğunu bildirib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan mətbuatı yayıb.

Belə ki, Ermənistanın Baş naziri Nikol Paşinyan keçən gecə Feysbukda canlı yayımda Ermənistan cəmiyyəti üçün bir sıra sensasion açıqlamalar verib. Ermənistan lideri hətta gələn ilin Ermənistan üçün çox pis olacağını söyləyib.

“Cəmiyyətin vəziyyətini yüngülləşdirmək üçün hökumət olaraq heç nə edə bilmərik. İndi kim deyə bilər ki, koronavirus böhranı nə qədər davam edəcək? Məsələn, mən bunları deyə bilərəm: Hesablamalarımız göstərir ki, ən azı gələn ilin martına qədər bu böhran içində boğulacağıq. Deyirəm ki, böhran bir ildən də çox davam edə bilər. Böhran bütövlükdə Ermənistana, hökumətə, siyasi hakimiyyətimizə və ən əsas da nüfuzumuza təsir edəcək”, - Paşinyan bildirib.

Başqa sözlə, Paşinyan öz xalqını gələcəyə ümidli olmamağa çağırıb.

Erməni mediası Paşinyanın Ermənistan cəmiyyətinə “gələcək addımlar” barədə düşünməyi, yəni hökumətin istefasını tələb etməyi təklif etdiyini də yazıb.

Ermənistanın Politik.am saytı isə belə qeyd verib: “Bu anda belə bir bəyanatla çıxış edən hökumət başçısı əslində məsuliyyətdən qaçmağa çalışır, çünki o, bir müddət öncə hər şeyin yaxşı olacağına söz vermişdi. Bundan əlavə, Baş nazir Ermənistan dövlətinin pensiya ödəmək gücünə malik olmayacağı bir vəziyyətin yarana biləcəyini belə istisna etməyib”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər