Rusiya bu tarixdə İrəvan səmasını nəzarətə alacaq
Dərc olunub:
29-04-2020, 13:25
Rusiya Cənub Hərbi Dairəsinin aviasiyası faşizm üzərində qələbənin 75 illiyi münasibətilə nümayiş uçuşları həyata keçirəcək.
Axar.az xəbər verir ki, bunu Rusiya Cənub Hərbi Dairəsinin general-polkovniki Aleksandr Dvornikov deyib. O, uçuşların 12 şəhərdə baş tutacağını bildirib.
Uçuşa 126 təyyarə, 84 vertolyot cəlb ediləcək.
Maraqlı məqam odur ki, uçuşların həyata keçiriləcəyi şəhərlərdən yalnız birinin Rusiyadan kənarda olduğu qeyd edilib. Bu şəhərin İrəvan olduğu bildirilib.