Koronavirusa yoluxduğunu öyrənən keşiş köməkçisi özünü yandırdı

Koronavirusa yoluxduğunu öyrənən keşiş köməkçisi özünü yandırdıRusiyada keşiş köməkçisi Dmitri Pelipenko koronavirusa yoluxduğunu öyrənəndən sonra özünü yandırıb.

Avrasiya.net xəbər veroir ki, bu barədə Rusiya telekanalları məlumat yayıb.

Pelipenko hələ aprelin 16-da sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Tezliklə onun COVID-19-a yoluxduğu təsdiqlənir. Bundan sonra o, xəstəxananın birinci mərtəbəsinin pəncərəsindən qaçıb.

Bir neçə saatdan sonra Pelipenkonu yenidən xəstəxanaya gətiriblər: lakin onun bədəninin 90 faizi artıq yanmışdı. Şahidlərin sözlərinə görə, o, kilsənin həyətində tezalışan maddəni üzərinə tökərək özünü yandırıb.

Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.