Mübariz Mənsimov azadlığa buraxılıb? - “Palmali” şirkətindən təkzib
“Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun azadlığa buraxıldığı barədə xəbərlər yayılıb.
Avrasiya.net-in məlumatına görə, Şirkətlər qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fidan Quliyeva xəbəri təkzib edib:
“Mübariz Mənsimovun azadlığa buraxılması, yaxud həbs qərarının ev dustaqlığı ilə əvəz edilməsi barədə yayılan xəbərlər əsassızdır”.
F.Quluyeva qeyd edib ki, kimsə bu həssas dönəmdə yalan xəbərlər yaymaqla insanların hissiyyatı ilə oynamasın:
“Belə uydurmalara inanıb “Palmali” şirkətinə minlərlə insan zəng edir, qərargaha gəlirlər. Etməyin belə! Vurğulayıram ki, Mənsimovla bağlı son və doğru xəbərləri yalnız bizdən ala bilərsiniz. Yalan məlumatlara inanmayın”.
Qeyd edək ki, Mübariz Mənsimov 15 martda İstanbul polisi tərəfindən saxlanılıb. Onun evində və ofisində axtarış aparılıb, daha sonra həbs edilib.
M.Mənsimov FETÖ-nun yüksək vəzifəli şəxsləri ilə əlaqələrdə ittiham olunur.