Sizin Reklam Burada

Rusiyada Şaiq adlı otel sahibi işçisini gözündən güllələdi

Rusiyada Şaiq adlı otel sahibi işçisini gözündən güllələdi
Rusiyanın Sankt-Peterburq şəhərinin “Apraskin dvor” adlanan bazar ərazisində ötən gün azərbaycanlı otel sahibi 18 yaşlı işçisinə-otelin administratoru olan Darya M. adlı qıza atəş açıb.

Virtualaz.org xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin yaydığı məlumata görə kiçik otelin sahibi olan Şaiq adlı azərbaycanlı hələlik bilinməyən səbəblərdən administratora atəş açıb, travmatik tapançadan atılan güllələrdən biri qızın gözünə dəyib və görmə orqanını sıradan çıxarıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Azərbaycanlı otel sahibi barəsində qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi qaldırılıb. Axtarış zamanı onun otağından bütöv silah arsenalı tapılıb. Şaiq Z. adlı azərbaycanlının bu cinayəti törətməzdən əvvəl xırda xuliqanlıq və narkotidən istifadəyə görə iki dəfə inzibati cəza aldığı bildirilir.

Hazırda azərbaycanlı sahibkarın barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır. Bu şəxs MMC sahibi və baş direktorudur, onun müəssisəsinin fəaliyyət sahəsinə daşınmaz əmlakın kirayəyə verilməsi və idarə edilməsi daxildir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər