İran yeni rəqəmlər açıqladı – Daha 73 ölü
Dərc olunub:
19-04-2020, 16:19
İranda koronavirusdan ölənlərin sayı artıb.
Avrasiya.net xəbər verir ki, son 24 saatda qonşu ölkədə virusdan 73 nəfər dünyasını dəyişib. Bununla da İranda koronavirus qurbanlarının sayı 5118 nəfərə çatıb.
Ötən gün İranda daha 1374 nəfər koronavirusa yoluxub. Beləlilklə, ölkədə koronavirusa yoluxanların sayı 82.211 nəfər olub.