Moskvada daha 28 nəfər koronavirusdan öldü
Dərc olunub:
19-04-2020, 06:06
Rusiyada koronavirus qurbanlarının sayı artır.
Paytaxt Moskvada daha 28 nəfər koronavirusun qurbanı olub.
Bununla da Moskvada virusdan ölənlərin sayı 176 nəfərə çatıb.
Moskvada yaradılan Operativ Qərargahın məlumatına görə, ölənlər 30-dan 93 yaşa qədər olan insanlardır: "Xəstələrin hamısı paralel olaraq digər xəstəliklərdən əziyyət çəkirdi. 30 yaşlı kişidə şəkərli diabet də aşkar edilib”.
Qeyd edək ki, Rusiyada indiyədək 36 793 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 313 nəfəri dünyasını dəyişib.