Sizin Reklam Burada

Ermənistan ordusunda koronvirusa yoluxanların sayı gizlədilir

Ermənistan ordusunda koronvirusa yoluxanların sayı gizlədilirErmənistan Silahlı Qüvvələrində həm müqavilə ilə xidmət edən, həm də müddətli xidmət hərbi qulluqçuları arasında koronavirus infeksiyası halları qeydə alınıb. Ancaq yoluxma hallarının sayı açıqlanmır.

Erməni KİV xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrin hərbi tibb idarəsinin rəisi, tibb xidməti polkovniki Sahak Ohanyan deyib.

Onun sözlərinə görə, hazırda 6 hərbçi müalicəsini başa vurub və təkrar sınaqdan sonra hərbi xidmətə qayıdıb. Neçə nəfərin müalicəyə davam etdiyi bilinmir.

“Bu barədə məlumat verməyi məqsədəuyğun hesab etmirəm”, - deyə erməni polkovnik bildirib və əlavə edib ki, yoluxmuş insanların sayı Ermənistandakı ümumi sayla müqayisədə cüzidir.

Təcrid edilmiş və ya özünə təcrid olunmuş hərbçilərin sayı “müəyyən məxfilik” səbəbindən qeyd edilmir. Eyni zamanda indiyə qədər edilən testlərin ümumi sayı da açıqlanmır.

Bənzər suallara cavab olaraq Ohanyan 600 hərbçinin Amerika laboratoriyalarında, 165 hərbi qulluqçunun isə Ermənistan-Rusiya səyyar laboratoriyasında sınaqdan keçirildiyini söyləyib (bu laboratoriya 9 apreldə işə salınıb). Erməni polkovnik bildirib ki, həm müsbət, həm də mənfi cavablarımız var, mənfi nəticələr daha çoxdur. Digər laboratoriyalarda edilən testlərin sayı göstərilmir.

Ohanyanın sözlərinə görə, yoluxmuş hərbçilərin və onların təmasda olduqları şəxslərin sağlamlıq vəziyyəti hazırda qənaətbəxş qiymətləndirilir. Ciddi hal yoxdur, heç kimdə sətəlcəm yoxdur.

Fevralın 25-dən etibarən Ermənistan Silahlı Qüvvələrin hərbi hissələrində çağırışçıların görüşü, kənara çıxması və məzuniyyətləri qadağan edilib. Lakin zabit heyəti və müqavilə əsasında xidmət edən əsgərlərin giriş-çıxışı məhdudlaşdırılmayıb.

Ohanyanın sözlərinə görə, hazırda kazarma rejiminin elan edilməsinə ehtiyac yoxdur. Lakin ayrı-ayrı hərbi hissələrdə, istənilən halda kazarma rejimi tətbiq olunub.

Ermənistan ordusunda ilk yoluxma mənbəyi martın 25-də aşkarlanmışdı. COVID-19 sınağı nəticəsində 3 müqaviləli hərbi qulluqçuya koronavirus diaqnozu qoyulmuşdu. Təmasda olanlar təcrid olunmuş və ya özünətəcrid tətbiq edilmişdi. Martın 29-da yoluxanların sayının 5-ə, martın 30-da isə 6-ya çatdığı açıqlanmışdı. Təsdiqlənmiş yoluxma halları və onların sayı ilə bağlı daha sonra heç bir açıqlama verilməmişdi.

Ohanyan həmin vaxt yoluxmuş insanların və təmasda olanların təcrid olunduğunu, qalan işçilərin kazarma rejiminə keçdiyini qeyd etmişdi.

Ermənistanda yay çağırışına gəlincə (mayın 1-dən 31-dək elan olunur), Ohanyan qeyd edib ki, hələlik bunun təxirə salınması niyyəti yoxdur.

“Çağırış qeyd olunan müddətə uyğun olaraq aparılacaq, zərurət olarsa, qanunla müəyyən edilmiş qaydada uzadıla bilər. Bu barədə danışmaq hələ tezdir”, - deyə o qeyd edib.

Ermənistan rəsmisi aprelin 14-də işğal altında olan Qarabağda keçirilmiş qanunsuz “seçkilər”də hərbi qulluqçuların iştirakı ilə əlaqədar mümkün epidemioloji yayılmalar barədə fikir bildirməyib.

“Düşünürəm ki, seçkilərlə bağlı suala cavab verməməliyəm. Bu mənim funksiyam deyil”, - deyə o bildirib.

Bununla yanaşı, o qeyd edib ki, Ermənistan Silahlı Qüvvələri virusa qarşı mübarizədə Qarabağdakı qanunsuz “hərbi birləşmə” ilə əməkdaşlıq edir.

“Silahlı Qüvvələrin Hərbi Tibb İdarəsi Qarabağdakı hərbi birləşmənin tibbi xidmətini idarə edən rəhbər orqandır və Silahlı Qüvvələr üçün verilən bütün rəhbər göstərişlər, əmrlər Qarabağdakı hərbi birləşmədə də keçərlidir və qüvvədədir”, - deyə Ohanyan qeyd edib.

ordu.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər