Moskvada rejissor və akademik koronadan öldü
Dərc olunub:
17-04-2020, 08:49
Rusiyalı rejissor və akademik Aleksandr Radov 79 yaşında koronavirusdan ölüb.
Axar.az xəbər verir ki, akademik bir müddət əvvəl koronavirus diaqnozu ilə Filatovski xəstəxanasına yerləşdirilmişdi.
Qeyd edək ki, A.Radov beynəlxalq radio və televiziya sahəsi üzrə akademik idi.