Sizin Reklam Burada

Gürcüstanın azərbaycanlı din xadimi DTX-yə çağırıldı

Gürcüstanın azərbaycanlı din xadimi DTX-yə çağırıldıÜmumgürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri şeyx Mirtağı Əsədov Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.

Report xəbər verir ki, onunla yanaşı, Marneulidəki İmam Əli məscidi fondunun sədri və bir neçə üzvü də DTX-yə sorğu-sual üçün dəvət olunub.

Gürcüstanın İnsan Haqlarının Tədrisi və Monitorinqi Mərkəzindən (EMC) bildirilib ki, həmin şəxslərlə bağlı Cinayət Məcəlləsinin sabotaj maddəsi üzrə istintaq aparılır. İstintaqın digər detalları barədə məlumat təqdim olunmayıb.

EMC-dən qeyd olunub ki, M.Əsədov ötən gün “Mtavari arxi” televiziya kanalına müsahibəsində Gürcüstanın teokratik deyil, dünyəvi dövlət olduğunu deyib. Jurnalistin hökumətin kilsələri bağlamamaqla bağlı qərarına münasibət bildirən din xadimi o zaman Ramazan ayında məscidlərin açılacağını bildirib: “Baş nazirin buna necə münasibət göstərəcəyinə baxarıq”.

M.Əsədov bunun, sadəcə, ritorik sual olduğunu vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər