Nazir sevindirici xəbəri Putinə açıqladı: Dərmanı tapdıq
Dərc olunub:
13-04-2020, 21:32
Rusiyanın elm adamları koronavirusu müalicə etmək üçün dərman tapıb.
Publika.az-ın xəbərinə görə, bu barədə Səhiyyə naziri Mixail Muraşko açıqlama verib. O prezident Vladimir Putinin sədrliyi ilə keçirilən toplantıda bildirib ki, dərmanlar artıq istehsal edilib. İstehsal edilən dərman kliniki sınaqlardan keçiriləcək.
Testlər uğurlu alınarsa dərmanın geniş istehsalına başlanacaq.