Psixi xəstələr tibb bacısını girov götürdü – Anbaan video
Dərc olunub:
12-04-2020, 16:38
İrkutskda psixi xəstəxanadan qaçan xəstələrin tibb bacısını girov götürməsi kameralar tərəfindən qeydə alınıb.
Axar.az xəbər verir ki, videoda xəstələrdən birinin tibb bacısının boynundan yapışdığı görünür. Digərləri isə dərhal tibb heyətindən açarları tələb edirlər.
Açarları almağa nail olan psixi xəstələr binadan çıxarkən tibb bacısını buraxırlar. Özünü pis hiss edən tibb hacısının halı da diqqət çəkir.
İrkutsk hüquq-mühafizə orqanları xəstəxanadan 6 xəstənin qaçdığını açıqlayıb. Onların 19-28 yaş aralığında olduğu qeyd edilib.