Sizin Reklam Burada

Rusiya dərhal İrəvana iki hərbi təyyarə göndərdi – Səbəb

Rusiya dərhal İrəvana iki hərbi təyyarə göndərdi – Səbəb
Ermənistanda koronavirusla bağlı vəziyyət həddən artıq kritikdir. Təkcə ona görə yox ki, pandemiya orada sürətlə yayılır. Həm də onsuz da zəif olan iqtisadiyyatı iflic edib. Ölkədə tibbi-gigiyenik vasitələr yoxdur, dezinfeksiya imkanları da çox aşağıdır. Nəticədə Paşinyan yenə Rusiyaya yalvarmaq məcburiyyətində qaldı.

Bu sözləri Axar.az-a açıqlamasında ermənişünas alim İsmayıl Tanrıverdi Rusiyanın Ermənistana koronavirusa qarşı mübarizə üçün hərbi mütəxəssislər və dezinfeksiya avadanlıqları, tibbi ləvazimatlarla dolu iki təyyarə göndərməsini şərh edərkən deyib.

O qeyd edib ki, artıq erməni ordusunda da koronavirus sürətlə yayılır:

“Hətta Gümrüdə yerləşən 102-ci hərbi bazadakı rus əsgərləri də koronavirusa yoluxub. Bu səbəbdən Rusiya hərbi mütəxəssislərini və avadanlıqlarını dərhal İrəvana göndərdi. Bu dəstək İrəvana deyil, 102-ci hərbi bazadakı rus əsgərlərinə göndərilib. Bu baza Rusiyanın regiondakı önəmli bir məntəqəsidir və Moskva virusun rus əsgərləri arasında yayılmasına razı ola bilməzdi”.

İ.Tanrıverdi vurğulayıb ki, bu tədbirlərin Ermənistanı düşdüyü durumdan çıxaracağı şübhə altındadır:

“Rusiyanın bu dəstəyi ilə Ermənistanın acınacaqlı durumdan çıxacağını düşünmək sadəlövhlük olardı. Rusiya yəqin ki, öz bazasındakı əsgərlərə diqqəti artıracaq. Çünki Rusiyanın özündə pandemiya sürətlə yayılır və ölüm halları artır. Ona görə Ermənistandakı acınacaqlı durumun dərinləşəcəyini düşünürəm”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər