08 apr 08:29region

Erməni ordusunda korona: Rusiya mütəxəssislər göndərdi

Erməni ordusunda korona: Rusiya mütəxəssislər göndərdi
Rusiya Ermənistana koronavirusa qarşı mübarizə üçün hərbi mütəxəssislərini göndərib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan məlumat yayıb.

Stepanyan qeyd edib ki, rus hərbçiləri Ermənistana dezinfeksiya sistemləri və koronavirus testləri gətiriblər.

Mütəxəssislər erməni hərbçilərini və Gümrüdəki 102-ci hərbi bazadakı rus ordusunun əsgərlərini koronavirus testindən keçirəcəklər.

Qeyd edək ki, bundan öncə Ermənistan və Rusiya müdafiə nazirləri arasında danışıq olmuş və Rusiya İrəvana iki hərbi təyyarə ilə mütəxəssislər və avadanlıqlar göndərəcəyini açıqlamışdı.

Ermənistan ordusunda koronavirusa yoluxma halları artıb. Rəsmi rəqəmlərə görə, ən azı 7 əsgərdə koronavirus aşkarlanıb.
XƏBƏR LENTİ
SORĞU