Sizin Reklam Burada

Rusiya Azərbaycanlıları İttifaqının Anar Həsənovla bağlı bəyanatı

Rusiya Azərbaycanlıları İttifaqının Anar Həsənovla bağlı bəyanatı
Rusiya Azərbaycanlıları İttifaqı təşkilatın mətbuat xidmətinin sabiq rəhbəri Anar Həsənovla bağlı bəyanat yayıb.

Avrasiya.net Rusiya Azərbaycanlıları İttifaqının rəsmi səhifəsi olan rusazunion.ru-ya istinadla həmin bəyanatı təqdim edir:

Rusiya Azərbaycanlıları İttifaqı və Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun kordinasiya şurasının qərarı ilə Rusiya Azərbaycanlıları İttifaqı mətbuat xidmətinin rəhbəri Anar Həsənov 31.03.2020 tarixindən tutduğu vəzifədən azad edilib. O, artıq qurumun sabiq əməkdaşı hesab olunur. Buna görə də, Anar Həsənovun həm Azərbaycan, həm də Rusiya dövlətləri ilə, o cümlədən, ictimai-siyasi məsələrlərlə bağlı səsləndirdiyi fikir və mülahizələr onun şəxsi mövqeyidir və Rusiya Azərbaycanlıları İttifaqının mövqeyi kimi qiymətləndirilməməlidir. Təşkilatın yeni təyin olunacaq mətbuat xidmətinin rəhbəri haqqında KiV-ə əlavə məlumat veriləcək.

Nəzərinizə çatdıraq ki, Rusiya Azərbaycanlıları İttifaqı diaspor fəaliyyəti çərçivəsində gördüyü işləri. Azərbaycan Respublikasının və Rusiya Federasiyasının mövcud siyasətinə uyğun şəkildə həyata keçirməkdədir. Görülən işlər xaricdə yaşayan soydaşlarımıza müxtəlif istiqamətlərdə köməklə yanaşı, Azərbaycan dövlətinin tarixinin və mədəniyyətinin təbliğinə yönəlib. Xüsusi olaraq vurğulayırıq ki, təşkilat içində bəzi şəxslərin destruktiv fəaliyyəti Rusiya Azərbaycanlıları İttifaqının ümumi fəaliyyətinə kölgə sala bilməz.

Rusiya Azərbaycanlıları İttifaqı və Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədov, Prezident İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi islahatları, Azərbaycan dövlətinin apardığı siyasi və ideolji xətti həmişə dəstəkləyib. Eləcə də, onun kadr siyasətinin tərkib hissəsi olan, xaricdə fəaliyyət göstərən Diplomatik nümayəndələrin əməyinini yüksək qiymətləndirir.

Rusiya Azərbaycanlıları İttifaqı və Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun kordinasiya şurası

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər