Koronaya qarşı bu dərmandan istifadə edildi - Effektiv nəticə
Dərc olunub:
30-03-2020, 07:49
İranın Xuzistan vilayətinin Əhvaz şəhərində koronavirusa qarşı bitki tərkibli dərman sınaqdan keçirilib.
Bu barədə danışan iranlı həkim Mənsur Əmin bitkidən alınan flavonoidlə hazırlanan dərmanın bu günə qədər 10 xəstə üzərində test edildiyini bildirib.
O qeyd edib ki, 5 koronavirus xəstəsinə dərman müsbət təsir edib.
Əmin İran Səhiyyə Nazirliyinin təsdiqindən sonra digər xəstələrin də müalicəsi üçün sözügedən dərmandan istifadənin mümkün olacağını vurğulayıb.