İranın keçmiş prezidenti koronavirusa yoluxdu
Dərc olunub:
29-03-2020, 11:10
İran İslam Respublikasının keçmiş prezidenti Məhəmməd Xatəmi koronavirusa yoluxub.
Report "Al Arabiya"ya istinadən xəbər verir ki, 76 yaşlı M.Xatəmi paytaxt Tehrandakı xəstəxanalardan birinə yerləşdirilib.
Onun durumu barədə heç bir rəsmi məlumat yayılmayıb.
Qeyd edək ki, hakimiyyətdaxili islahatçı xəttin lideri sayılan Məhəmməd Xatəmi 1943-c il sentyabrın 23-də İranın Yəzd əyalətinin Ərdəkan şəhərində doğulub. O, İran İslam Respublikasının 5-ci prezidentidir. İki dəfə prezident seçilib: birinci dəfə 1997-ci ildə, ikinci dəfə isə 2001-ci ildə.
Xatırladaq ki, İranda koronavirusa yoluxanların sayı 35 408 nəfərdir. Ölkədə 2 517 nəfər bu infeksiyada ölüb.