Sizin Reklam Burada

Mübariz Mənsimov Ərdoğana müraciət etdi: “Şərəfsiz FETÖ ilə...”

Mübariz Mənsimov Ərdoğana müraciət etdi: “Şərəfsiz FETÖ ilə...”“Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimov həbsinin ev həbsi ilə əvəz edilməsi üçün Türkiyə Prezidentinə və əlaqədar qurumlara müraciət edib.

Cebhe.info xəbər verir ki, M.Mənsimov heç bir günahı olmadığı halda 14 gündür həbsxanada olduğunu bildirib.

Qeyd edib ki, 1 il əvvəl 81 və 84 yaşındakı ana və atasını xəstə olduqları üçün Azərbaycandan Türkiyəyə aparıb:

“Bütün dünyada yaşanan və ölkəmizə də təsir göstərən koronavirus üzündən hazırda evdə ana və atama baxacaq kimsə yoxdur. Onlar mənim hələ də xaricdə olduğumu düşünürlər. Siz məni tanıyırsınız. Mənim şərəfsiz FETÖ və bunabənzər heç bir örgütlə əlaqəm olmadı və ola bilməz. Mən günahkar deyiləm, sizlərdən ricam günahsızlığım ortaya çıxana qədər həbsimin ev həbsi ilə əvəz edilməsidir. Mən özümü yox, ata-anamı düşünürəm. Əminəm ki, sizlər də buna haqq verərsəniz. Bütün şirkətlərimin mərkəzi Türkiyədədir. İnanın ki, şirkətimin zərər görməsi ancaq sizin və mənim düşmənlərimizi sevindirər”.

Xatırladaq ki, M.Mənsimov həbsxanada aclıq aksiyası keçirir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər