Sizin Reklam Burada

Ermənistan ordusunda koronavirus yayıldı

Ermənistan ordusunda koronavirus yayıldı
Ermənistanı bürümüş COVİD-19 virusu işğalçı ölkənin ordusunda da yayılıb.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, hərbçilərdən birinin ailəsində təhlükəli virusa yoluxma halı qeydə alınıb. Bundan sonra onlarla əlaqədə olmuş hər kəs nəzarətə götürülüb.

Erməni mənbələri bildirir ki, artıq üç erməni hərbçi də nəzarət altındadır, onlar koronavirusla bağlı testdən keçirilib. Bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan təsdiqləyib.

Ş.Stepanyan bildirib ki, hərbçi ailəsində koronavirusa yoluxma faktı aşkarlandıqdan sonra müqaviləli xidmət keçən həmin hərbçi ilə kontaktda olmuş daha üç hərbi qulluqçu nəzarətə götürülüb. Bundan əlavə, onların xidmət keçdiyi bölük heyət də nəzarətə alınıb və özünütəcrid qərarı verilib. Ermənistan Müdafiə Nazirliyi iddia edir ki, hərbçilər eyni hərbi hissədə və qeyri-döyüş şəraitində xidmət keçirlər.

Son məlumata görə, Ermənistanda 265 koronavirusa yoluxma halı qeydə alınıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər