Sizin Reklam Burada

"Palmali" prezidenti casusluqda ittiham edilr

"Palmali" prezidenti casusluqda ittiham edilr"Ağlınızı başınıza yığın. Türkiyəni hesab etdiyiniz kimi idarə edə bilməzsiniz. Ağıllı olun, bura demokratik ölkədir. Burada hüquqi dövlət var”.

Bunu Türkiyə məhkəməsi tərəfindən haqqında həbs qərarı verilən Palmali Holdinqin prezidenti Mübariz Mənsimov bu ilin əvvəlində, FETÖ ilə əlaqələrinə dair məlumatlar ictimailəşəndən dərhal sonra demişdi.

Daha sonra o Feysbuk paylaşımında yazmışdı: “Mənim istəsəm, nələrə qədər əlimin çatdığını kim bilməsə də, siz bilirsiniz. Hər kəs Türkiyədən qaçanda mən bütün yatırımları bura etdim. Mənim Türkiyəyə də, türk ədalətinə də hörmətim sonsuzdur”.

Fevral ayında isə Mənsimov foto paylaşaraq yazıb: “Cəza evindən hər kəsə salamlar...”

Həmçinin, bu aralar mətbuata verdiyi bütün açıqlamalarda da Palmali prezidenti “Türkiyə hüquqi dövlətdir” deyə vurğulayıb.

Görünür ki, Mübariz Mənsimov haqqındakı cinayət işi ilə bağlı tam məlumatlı olub, nə ilə nəticələnə biləcəyini təxmin edib və psixoloji olaraq artıq belə bir hadisənin baş verəcəyinə hazırlaşıb. Hər bir açıqlamasında Türkiyənin hüquqi dövlət olduğunu, hər hansı sifarişlə həbs həyata keçirməyin mümkün olmadığını vurğulaması heç də səbəbsiz deyilmiş.

M. Mənsimovun inandığı və güvəndiyi Türkiyə dövləti hüquqi addım atdı. İş adamı ilə bağlı uzun müddət olaraq aparılan araşdırmalar sonucunda onun haqqında həbs qərarı verildi. Palmali prezidenti casusluqda ittiham edilir və FETÖ ilə sıx əlaqələrinin olduğu qeyd olunur. Türkiyə mediasının yazdığına görə istintaq uzun müddət Mənsimovla bağlı araşdırma aparıb, telefon zəngləri incələnib və FETÖ rəhbərliyində olan Hamdi Akın İpek, Suat Yıldırım və Süleyman Uysal ilə davamlı əlaqəsi üzə çıxıb. Həmçinin FETÖ-yə bağlı olması səbəbi ilə Rusiya hökuməti tərəfindən qapadılan Atlantik Beynəlxalq Məktəbinin idarə heyətində olduğu da müəyyən edilib.

Açıqlanan məlumatlarda o da qeyd edilir ki, Mənsimov FETÖ-nün Rusiya imamı olan “Saffet” kod adlı Ahmet Hamdi Vuralla mütəmadi olaraq görüşüb. Vuralın Mənsimovun şirkətinə tez-tez gəldiyi, bu zaman isə siqnal əngəlləyicisi olan Jammer cihazından istifadə edildiyi qeydə alınıb. Bundan başqa haqqında həbs olunma qərarı çıxarılan digər FETÖ-cü Muammer İhsan Kalkavanın da Palmalini davamlı olaraq ziyarət etdiyi, hətta şirkətin ortağı kimi münasibət göstərildiyi haqda xəbərlər yayılıb.

Bunlar hələlik mediaya sızdırılan xəbərlərdir. Sonrakı mərhələdə hansı açıqlamaların olacağını media maraqla gözləyir.

Amma burada maraqlı olan digər məsələ də var. Onun dəfələrlə Türkiyəni hüquqi dövlət adlandırmasına baxmayaraq, həbsindən dərhal sonra Palmali Holdinq tam əsk mövqeli açıqlama yaydı. Şirkətin açıqlaması “Palmali Şirkətlər Qrupu”nun prezidenti Mübariz Mənsimovun uydurma ittihamlarla saxlanması...” ifadələri ilə başlayır.

Sual olunur, son ana qədər hüququn hakim olduğunu dilə gətirdiyin bir dövlətdə uydurma ittihamın irəli sürülməsini hansı məntiqlə iddia etmək mümkündür? Yox, əgər bu düşüncə vardısa, o zaman səsləndirilən pozitiv ifadələrin arxasında nə dayanırdı?

M. Mənsimovun son illərdə stabil olmayan mövqeyi onun mövqesizliyi ilə nəticələndi. Hüquqi işləm başladıqda isə yenidən özü-özünü təkzib etməyə başlayıb. Sabah hansı mövqe nümayiş olunacaq, onu da sabah görəcəyik...

"Yeni Sabah"

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər