Sizin Reklam Burada

Putin Ərdoğana İdlibə görə qaz güzəşti edəcək? – Belarusdan baxış

Putin Ərdoğana İdlibə görə qaz güzəşti edəcək? – Belarusdan baxışRusiya hakimiyyətinin Türkiyəyə münasibətdə uzunmüddətli strategiyası yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında Belarus politoloqu Mixail Malaş deyib.

“Türkiyənin də eyni problemi var. Buna görə də tərəflər bir-birinə situativ reaksiya verirlər. Ərdoğanın səfəri ərəfəsidə Rusiya mediasının Kremlə zidd mövqeyi böyük ehtimalla Rusiya hakimiyyəti üçün xarici siyasət sferasında informasiya bəhanəsi mənbəsinin yaradılmasına hesablanıb. Kreml hesab edir ki, o, istənilən qələbəni, hətta məğlubiyyəti belə media ilə yönəldə bilər, amma təbliğat artıq özünün uğursuzluğunu göstərməyə başlayır”, – deyə o bildirib.

Belarus politoloqu Rusiyanın Türkiyəyə münasibətdə siyasətinin davamsız və ziddiyyətli olduğunu deyib:

“Rusiyanın Suriya konfliktinə qoşulması onu Türkiyədən güclü şəkildə asılı etdi. Belə ki, Suriya ərazisində Moskvanın nəqliyyat əlaqə imkanları yox idi. Təbii ki, Rusiya Türkiyəni indiki halda bir daha qıcıqlandırmaqda maraqlı deyil”.

Ekspert Moskvanın bütün vasitələrlə Türkiyə ordusu ilə toqquşmalardan qaçmağa çalışdığını vurğulayıb.

Ərdoğanla Putinin martın 5-də baş tutacaq görüşünə nəzər yetirən politoloq hazırkı situasiyada Moskvanın bütün vasitələrlə simasını qorumağa çalışacağını deyib:

“Mövqelərin verilməsi onun üçün qəbuledilməzdir. Kompromis üçün vasitələrdən biri “Cənub axını” ilə ötürülən qazın tarifində güzəşt ola bilər”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər